"Son günlərdə sosial mediada 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində sosial xərclərin azaldılması müzakirə olunur. Bu iddiaların əsasını, sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 542 milyon manatdan 4 milyard 391 milyon manata azalması təşkil edir. Lakin bu azalma ümumi sosial xərclərdə azalma demək deyil. Çünki Dövlət Sosial Müdafiə Fondu (DSMF) öz yığımları hesabına bu vəsaiti qarşılayacaq və dövlət büdcəsindən daha az transfert tələb edəcək".

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, DSMF-in yığımları artdığı üçün əlavə dövlət vəsaiti tələb olunmur, əksinə, pensiya ödənişləri 25 milyon manat artırılacaq: "Sosial xərclərin azalması ilə bağlı iddialar əsassızdır. Sosial xərclər müdafiə olunan xərclərdir və azaldıla bilməz".












