TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Medinex” tibbi sərgi başladı. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.

QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlumat verib. Sərgidə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrinin İdarə edilməsi Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Fərid Məmmədov iştirak ediblər.
Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu mühüm hadisə “Medinex” sərgisində də öz əksini tapıb. “Medinex” Azərbaycanda səhiyyə mütəxəssislərini bir araya gətirən mühüm və nüfuzlu tibbi tədbirdir. Sərgilərə ümumilikdə 14 ölkədən 100 şirkət qatılıb. İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya Federasiyası, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə və s. ölkələr yer alır.

 


Pərvanə Fərhadqızı