Mərkəzi Bank bu gün uçot dərəcəsinin 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddinin 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddinin isə 10%-dən 9.5%-ə endirilməsi barədə qərar qəbul edib. 2020-ci ilin dekabr ayından bəri ilk dəfə Mərkəzi Bank uçot dərəcəsini azaldıb.
QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov uçot dərəcəsinin azaldılması əks prosesə start verilməsi anlamına gəlir: “Ötən il ilə müqayisədə inflyasiyanın nisbətən səngiməsi və hədəflərin yeniləşməsi, eyni zamanda valyuta bazarındakı dəyişikliklər Mərkəzi Banka uçot stavkasını azaltmağa imkan verib. Mərkəzi Bank birrəqəmli və aşağı infilyasiyanın əldə edilməsini hədəflədiyindən dərəcəyə dəyişiklik edib. Bir rəqəmli inflyasiyanın əldə ediləcəyi və real sektor tələbinin stabilləşəcəyi halda kredit faizlərində azalma mümkün ola bilər. Hələlik banklar resursları Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərindən deyil, digər istiqamətlərdən cəlb edirlər. Həm manat, həm də xarici valyutada cəlb edilən depozitlərin depozit faizlərinin aşağı düşməsi müşahidə olunur ki, bu proses xüsusən 2021-ci ildən sonra daha da sürətlənib. Bütün bunlar ilə yanaşı, uçot dərəcəsinin azaldılmasının manatla yığımlara da təsir göstərəcəyi istisna deyil”.
Pərvanə Fərhadqızı












