ABŞ Milli Kəşfiyyat İdarəsi 2021-ci ilin mart ayından bəri naməlum uçan cisimlərlə bağlı 366 məlumatın daxil olduğunu, onlardan 171-inin hələ də müəyyən edilmədiyini açıqlayıb. Bəzilərinin qeyri-adi uçuş xüsusiyyətləri və ya performansı nümayiş etdirdiyi qeyd edildi.
QHT.az xəbər verir ki, ABŞ Milli Kəşfiyyat İdarəsi 2021-ci ilin mart ayından bu yana 366 "Naməlum Uçan Cisim" hesabatı dərc edib.
Qeyd edilib ki, naməlum uçan obyektlərdən 163-ü UFO kimi də bilinən hava şarları və ya oxşar vasitələr, 26-sı pilotsuz uçuş aparatı, 6-sı isə quş, çanta və hava hadisələri kimi obyektlərdir. 171 bildirişin isə hələlik müəyyən edilmədiyi vurğulanıb.
Bundan əlavə, 366 bildirişdən 119-nun 2021-ci ilin martından əvvəl alındığı, lakin əvvəlki dövrdə hesabatlara daxil edilmədiyi, 247-nin isə yeni bildiriş kimi bildirildiyi məlum olub.












