Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucu prezidenti Rauf Denktaşın vəfatının 11-ci ildönümü ilə əlaqədar Mersində anma mərasimi keçirilib.
KKTC Mersin Baş Konsulluğu tərəfindən Toroslar rayonundakı Rauf Denktaş Parkı və Açıq Hava Muzeyində təşkil edilən mərasim bir dəqiqəlik sükutla və İstiqlal Marşının oxunması ilə başlayıb.
Denktaşın parkdakı heykəlinə əklil qoyulduğu mərasimdə Qurani-Kərim oxunub.
QHT.az xəbər verir ki, şagirdlərin də şeir oxuduğu mərasimdə çıxış edən Toroslar rayon valisi İbrahim Çenet Rauf Denktaşın böyük dövlət xadimi olduğunu qeyd edərək, Kiprin haqq işini bütün dünyaya çatdırıb.
KKTC Mersin Baş Konsulu Zalihe Mendeli də türk millətinin qəlbində çox xüsusi yeri olan KKTC liderini hörmətlə andıqlarını bildirib.
Denktaşın ŞKTC xalqının çətin anlarında sığındığı liman olduğunu xatırladan Mendeli, "Denktaş ŞKTC xalqının gözündə tolerant, hazır cavab, özünə güvənən və çox yüksək vətənpərvərlik şüuruna sahib bir insan idi. 24 yaşında Kipr davasının doğruluğuna inanaraq mübarizəyə başlamış, Kipr danışıqları zamanı sürüşkən, kələ-kötür və eyni zamanda tələlərlə dolu, diplomatiya zəminində böyük şüur və məharətlə hərəkət etmişdir. Mendeli haqq işini müdafiə etməyə və ŞKTC-ni sonsuza qədər yaşatmağa davam edəcəklərini bildirib.
Toroslar Bələdiyyə Başçısı Atsız Afşın Yılmaz da Rauf Denktaşın Kipr davasının qəhrəmanı olduğunu və Kiprin mübarizəsindən danışmağa davam edəcəklərini bildirib.
Mərasimdə KKTC prezidentinin birinci müavini Fazıl Küçük də anılıb.












