ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi prezident Co Baydenə Çin sosial şəbəkəsi TikTok-un ölkədə fəaliyyətini qadağan etməyə imkan verən qanun layihəsini təsdiqləyib.

QHT.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının düzəlişlər paketi komitə üzvlərinin əksəriyyəti tərəfindən qəbul edilib.

40 nəfərdən 24 konqresmen təşəbbüsün lehinə, 16-sı isə əleyhinə səs verib.

Sənəd Nümayəndələr Palatasında ümumi səsverməyə göndərilir.

Bundan əvvəl Aİ qurumları kibertəhlükəsizlik səbəbindən işçilərinə Çin TikTok tətbiqini iş smartfonlarına quraşdırmağı qadağan etmişdi.

Qeyd olunur ki, məhdudiyyət şəxsi cihazlara şamil edilmir.

Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına görə, tədbir Çin sosial şəbəkəsinin kodunun Çin kəşfiyyat orqanları tərəfindən qapalı informasiya şəbəkələrinə daxil olmaq üçün istifadə oluna bilməsi ilə əlaqədardır.

Bundan əvvəl ABŞ-ın demokrat senatoru Maykl Bennet milli təhlükəsizlik baxımından TikTok-un App Store və Google Play-dən silinməli olduğunu bildirmişdi.

Demokrat hesab edir ki, Çin Kommunist Partiyası TikTok-dan ABŞ-a qarşı silah kimi istifadə edə, həssas istifadəçi məlumatlarını toplaya və Çinin maraqlarını inkişaf etdirmək üçün məzmunu manipulyasiya edə bilər.