ABŞ-ın YENİ prezidenti Co Bayden Rusiyanın Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (START) dayandırılmasından nüvə silahından istifadə etməyi düşündükləri qənaətinə gəlmədiyini bildirib.
QHT.az xəbər verir ki, ABC News-a müsahibə verən Bayden Rusiyanın New START proqramını dayandırmasından danışıb.
Bu qərarın "böyük səhv" olduğunu və məsuliyyətli bir davranış olmadığını qeyd edən Bayden,
“Ancaq mən bundan belə nəticəyə gəlmirəm ki, [Rusiya prezidenti Vladimir Putin] nüvə silahından və ya buna bənzər bir şeydən istifadə etməyi düşünür”. dedi.
Bu problemi həll edə biləcəklərinə əmin olduğunu bildirən Bayden, silahlara nəzarət müqavilələrinin hər iki tərəfin və dünyanın maraqlarına uyğun olduğunu bildirib.
Rusiyanın bu məsələ ilə bağlı mövqeyində bir dəyişikliyə dair heç bir işarənin olmadığını bildirən Bayden:
"Bu, onların hansısa şəkildə yeni nüvə silahlarından, beynəlxalq qitə ballistik raketlərindən istifadə etməyi düşünmələri anlamına gəldiyi fikrini dəstəkləyəcək heç bir sübut yoxdur." ifadəsini işlətdi.
Baydenin tam müsahibəsi sabah dərc olunacaq.












