İsveçrə hökuməti (Federal Şura) 2023-cü ildə Ukraynaya dəstək üçün 114 milyon frank (123 milyon dollardan çox) ayırmağı planlaşdırır.
QHT.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin mətbuat xidməti məlumat yayıb.
Federal Şura Ukraynaya yeni yardım paketinin dərhal buraxılmasını tələb edir.
Bundan əlavə, İsveçrə hökuməti Moldovaya 26 milyon frank (28 milyon dollardan çox) göndərmək niyyətindədir.
"Federal Şura əmindir ki, Ukraynaya dəstək davam etməlidir", - mesajda deyilir.
Daha əvvəl Reuters xəbər vermişdi ki, İsveçrə hakimiyyəti Ukraynaya silah tədarükündə neytral statusdan imtina etməyə yaxındır.
Daha sonra İsveçrənin Kiyevdəki səfiri Klod Uayld etiraf edib ki, Bern Ukraynadakı münaqişə baxımından artıq neytral deyil.












