Abşeron rayonunda yeni inşa edilmiş bağça 280 yerlik və 3 korpusdan ibarətdir. 12 qrup üçün nəzərdə tutulan bağça ilkin mərhələdə 3 qrup üzrə fəaliyyət göstərəcək. 

 

Qeyd edək ki, Abşeron rayonunda 3365 məktəbəqədər yaşlı uşağı əhatə edən 31 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 13-ü son 10 ildə inşa edilərək istifadəyə verilib.