Rusiyanın İrandakı səfirliyi Albaniyada saxlanılan, polisin məlumatına görə, Rusiya nefti daşıyan gəminin kapitanının həbs edildiyini bildirib.
QHT.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə diplomatik nümayəndəlikdən məlumat verilib.
Bundan əvvəl Albaniya Milli Polisinin saytında yerli hakimiyyət orqanlarının məlumatına görə, Aİ və ABŞ-ın tətbiq etdiyi sanksiyaları pozaraq Rusiya neftini daşıyan Liberiya bayraqlı tankerin saxlanması barədə məlumat yayılıb.
Rusiyanın İrandakı səfirliyindən verilən məlumata görə, saxlanılan gəmi Yunanıstanın ərazi sularında türk tankerindən neftlə yüklənərək Albaniyanın Durres limanına yollanıb.
Yerli hakimiyyət orqanlarının ehtimalına görə, neft Rusiyanın Qara dənizdəki limanlarından birində alınıb və Albaniyanın A.V Internacional Group şirkəti üçün nəzərdə tutulub.
Bildirilir ki, ekipajdan neftin mənşə ölkəsi ilə bağlı arayış olmadığı üçün Durres polisi prokurorluğun göstərişi ilə gəmini həbs edib və əsasən ruslardan ibarət ekipaj üzvlərinin pasportlarına əl qoyub.
Diplomatik nümayəndəliyin məlumatına görə, səlahiyyətli orqanlar araşdırmalara başlayıb, qaçaqmalçılıqda ittiham olunan gəminin kapitanı Aleksey Smaznov həbs edilib.












