İqtisadiyyat professoru Riçard Volf deyib ki, Ukrayna iqtisadiyyatı çökdüyü və ərazisinin əhəmiyyətli hissəsini itirdiyi üçün artıq uğursuzluğa düçar olub.
QHT.az xəbər verir ki, bu barədə Volf öz Twitter səhifəsində yazıb.
“İndi Rusiya Federasiyası Ukraynanın keçmiş ərazisinin əhəmiyyətli hissəsinə nəzarət edir.
Ukraynanın iqtisadiyyatı dağılıb və indi ABŞ-dan asılıdır”.
Volf hesab edir ki, Ukrayna nisbi və mütləq mənada uduzur.
İqtisadçı qeyd edib ki, Ukrayna böhranından əvvəl ölkənin ÜDM-i təxminən 200 milyard dollar idisə, bir il sonra 30% (60 milyard dollar) azalıb.
Eyni zamanda professor xatırladıb ki, Vaşinqton və onun müttəfiqləri Kiyevə təxminən 120 milyard dollar göndəriblər, lakin bu məbləğin aslan payı hərbi xərclərə gedib.
Fox News-un aparıcısı Taker Karlson bir müddət əvvəl Ukraynadakı münaqişənin uzanacağı təqdirdə ABŞ-ın uduzacağını söylədi.
Teleaparıcı hesab edir ki, hazırda "dünya nizamı qarışdırılır", konflikt başa çatdıqda isə “Birləşmiş Ştatlar daha bu dəstənin başında olmayacaq”.












