Ermənistanın “Hraparak” onlayn qəzeti yazır ki, Xankəndindəki qondarma qurumun rəhbəri Arayik Arutunyan ətrafı ilə qapalı görüşdə onlalara Laçın yolunun açılması ilə bağlı Azərbaycanın 5 təklifini çatdıbır.

 

QHT. az  Turkustan.az -a istinadən xəbər verir ki, mənbə Arayikin çatdırdığı 5 tələbin aşağıdakılar olduğunu bildirib:

 

1. Ruben Vardanyanın tutduğu vəzifədən azad edilməsi və bölgədən uzaqlaşdırılması;

 

2. Qanunsuz istismar olunan mədənlərin fəaliyyətinin dayandırılması;

 

3. Laçın dəhlizində Rusiya sərhəd-keçid məntəqəsində rentgen skanerlərinin quraşdırılması;

 

4. Azərbaycan nümayəndəsinin orada olması və Ermənistandan Xankəndiyə və əksinə yüklərin daşınmasına nəzarət etməsi;

 

5. Bölgədən ağır həbri texnikanın çıxarılması.

 

Autyunyan bildirib ki, "bu tələbləri rədd ediblər, çünki dəhlizin təmin olunduqdan sonra açılacağına və ya açıldıqdan 1-2 həftə sonra yenidən bağlanmayacağına dair heç bir zəmanət yoxdur".

 

Arayik iddia edib ki, Bakı ilə heç bir danışıqlar aparılmır, bu tələblər dolayı yolla onlara təqdim olunub. Rusiya xarici işlər naziri Sergey Lavrov isə bu gün bildirib ki, Azərbaycan nümayəndəsi Qarabağdakı ermənilərlə görüş keçirib.

 

Mübariz/Turkustan.az