Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsi Rusiya Konstitusiyasına bu ölkənin rəhbəri Vladimir Putinin 2036-cı ilə qədər hakimiyyətdə qalmasına imkan verən dəyişikliklərin legitimliyi ilə bağlı narahatlığını bildirib.

QHT.az xəbər verir ki, 2020-ci ilin iyulunda Rusiya Konstitusiyasına edilən dəyişikliklər prezidentlik müddətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur və Putinə 83 yaşı tamam olan 2036-cı ilə qədər vəzifədə qalmasına imkan verir.

Komitə qətnamə layihəsini yekdilliklə təsdiqləyib və Avropa Şurasının Venesiya Komissiyasının “hazırkı prezidentin səlahiyyət müddətinin məhdudlaşdırılmasından imtina etməsi həm Rusiya Konstitusiyasını, həm də beynəlxalq hüquq prinsiplərini pozur” qənaətini xatırladıb.

 

 

Pərvanə Fərhadqızı