Bu münasibətlə BMT-nin Baş katibi Antonio Quterreş dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

QHT.az həmin müraciəti sizə təqdim edir: “Problemlərin bir-biri ilə sıx bağlı olduğu dünyamızda Cənub-Cənub əməkdaşlığı daha parlaq gələcəyin formalaşdırılmasında mühüm rol oynayır. Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı Günü bizə bir daha xatırladır ki, xalqlar birləşəndə maneələri dəf edə və dayanıqlı inkişafı sürətləndirə bilər”.

Baş katibi həmçinin qeyd edib ki, iqlim fəaliyyətindən tutmuş yoxsulluğun aradan qaldırılması, səhiyyə, təhsil, ticarət və rəqəmsallaşmaya qədər inkişaf etməkdə olan ölkələr arasında həmrəylik və güclü tərəfdaşlıq daha ədalətli və dayanıqlı dünyaya yol aça bilər: “Yalnız birlikdə əməkdaşlığın sərhəd tanımadığı ortaq rifahın olduğu dünyanı qura bilərik. Cənub-Cənub Əməkdaşlığı vasitəsilə Qlobal Cənub ölkələri bilik, bacarıq, təcrübə və resursları paylaşa, habelə səylərini əlaqələndirə və miqyaslı iqtisadiyyatlardan faydalana bilər. Birlikdə onlar iqlim pozulmalarını azaltmaq, qlobal sağlamlıq böhranına həll yolları tapmaq, təchizat zənciri böhranını idarə etmək və humanitar yardım çatdırmaq üçün dayanıqlı inkişaf səylərini artıra bilərlər. Cənub-Cənub və üçbucaq əməkdaşlığı çox vacibdir və inkişaf etmiş ölkələrlə əməkdaşlığa ciddi dəyər qatır. Lakin bunlar Qlobal Şimalın məsuliyyətləri və öhdəliklərini əvəz etmir və ya azaltmır”.

Bərabərsizliyi azaltmaq və hamı üçün dayanıqlı gələcəyə körpülər qurmaq məqsədilə inkişaf etmiş iqtisadiyyatların Qlobal Cənubdakı iqtisadiyyatlarla konstruktiv işləmək öhdəliyi olduğunu vurğulayan Antonio Quterreş bildirib ki, BMT-nin Cənub-Cənub Əməkdaşlığı Gününü qeyd edərkən gəlin bu əməkdaşlıq formasını həmrəylik, innovasiya və qarşılıqlı dəstəyi təcəssüm etdirən dəyişiklik üçün vacib katalizator kimi tanıyaq.

 

 

Pərvanə Fərhadqızı