Mürsəl Rüstəmov Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinə sədr seçilib.

 

QHT. az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

 

O, indiyə qədər ATİB-in sədr müavini olub və yeni vəzifəsində Camal Yanqını əvəz edib.

 

Qeyd edək ki, M.Rüstəmov vaxtilə PAŞA Həyat Sığorta ASC-nin İH-nin sədri vəzifəsində çalışıb.