ATİHAİ Masallı rayon komitəsinin bayram tədbirləri 

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Masallı Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun məktəbəqədər, ümumtəhsil, orta ixtisas, məktəbdənkənar və peşə təhsili müəssisələrində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirlər keçirilib. 
Tədbirlər zamanı AHİK-nin sədri Sahib Məmmədovun, ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin və ATİAHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayevin təbrikləri ittifaq üzvlərinin nəzərinə çatdırılıb, komitə tərəfindən görülən işlər, eləcə də edilən yardımların, yollayışların verilmə qaydaları haqqında məlumat verilib. 
İttifaq üzvləri onlara göstərilən diqqət və qayğıya görə aidiyyatı təşkilatlara minnətdarlıqlarını bildiriblər.
Tədbirlərdə hər bir ittifaq üzvünə və fəal şagirdlərə yeni il hədiyyələri, fəal üzvlərə isə maddi yardım və mükafatlar təqdim edilib.

 

Akif AĞAYEV