Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov arasında imzalanan memoranduma əsasən, hər iki qurum tələbələrin pərakəndəçilik, gündəlik istehlak məhsulları (FMCG) sahəsində bilik və bacarıqlarının artırılması, bu sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
QHT.az xəbər verir ki, eyni zamanda UNEC-in tələbə və məzunlarının şirkətlər qrupunda istehsalat təcrübəsi keçmələri üçün şərait yaradılacaq, “Veysəloğlu”nun rəhbər şəxsləri tələbələrə satış, pərakəndə və FMCG biznes sahəsi üzrə praktiki dərslər keçəcəklər.
Memorandumda Veysəloğlu Şirkətlər Qrupu tərəfindən UNEC-də pərakəndə, logistika, FMCG, biznes sahəsi üzrə elmi araşdırmaların maliyyələşdirilməsi və kitab çapı da nəzərdə tutulub.
Pərvanə Fərhadqızı












