"Azərbaycan Dövlət İqtisad Universiteti tələbəmərkəzli universitet qurmaq və təhsilin keyfiyyətini yüksəltmək üçün 2022/2023 tədris ilində növbəti bir yeniliyə də imza atdı".
QHT.az xəbər verir ki, bu sözləri Universitetin rektoru, alim Ədalət Muradov bildirib. O, 66 qrupda 40 fənnin tədrisinə ənənəvi metodlardan köklü fərqlənənən və tələbəmərkəzli universitetin vacib göstəricilərindən olan “Çevrilmiş Tədris" (Flipped Education) metodunu tətbiq etdiklərini bildirib.
Qeyd edək ki, “Çevrilmiş tədris” metodunun tətbiqi nəticəsində tələbələrdə tədris materiallarını sərbəst öyrənmə bacarığı formalaşıb, onların mənimsəmə və keyfiyyət göstəriciləri yüksəlib, fərdi öyrənmə trayektoriyası, qrup şəklində işləmə, öz aralarında kommunikasiya bacarıqları inkişaf edib.
Pərvanə Fərhadqızı












