Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Biz gələcəyik!” adlı yay düşərgəsi təşkil olunur.

QHT.az xəbər verir ki, yay düşərgəsində iştirakçılara şəxsi inkişaf üzrə “Özünü tanı” adlı təlim keçirilib. Təlimdə uşaqlara özünü tanımağın yolları, maraqların müəyyən edilməsi, şəxsi dəyərlərin analizi, şəxsiyyət tiplərinin araşdırılması ilə bağlı praktik tapşırıqlar və test nümunələri təqdim olunub.

 

Pərvanə Fərhadqızı