"Azərbaycan Həqiqətləri Uğrunda” QHT  Koalisiyanın "Dünya Azərbaycanlılarının Həmrəylik günü"nə həsr olunmuş toplantısı keçirilib.


QHT.az xəbər verir ki, tədbirdə ziyalılar, QHT rəhbərləri, qazilər iştirak edib. 
Toplantı Dövlət himni ilə acılı daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sükutla anılıb.


Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının Qərbi Azərbaycanlılarla bağlı toplatısındakı çıxışı, müraciəti yenidən dinlənilib.
Tədbir iştirakçıları çıxışlarda Azərbaycanın 44 günlük Vətən Müharibəsindən sonra regionda yaratdığı reallıqlar, regionda gedən geosiyasi proseslərə  və bu istiqamətdə QHT-lərin roluna diqqət çəkiblər. 
Tədbir boyu xaricdə yaşayan, ictimai fəal soydaşlarımızla telefon bağlantıları yaradılıb və birgə fəaliyyət məsələləri müzakirə edilib.