“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud Azərbaycan–Özbəkistan münasibətlərinin daha da inkişaf etdirilməsi haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Azərbaycanın Mərkəzi Asiyanın bütün ölkələri həmsərhəd olan yeganə dövləti Özbəkistanla milli və tarixi bağlar üzərində inşa olunan əlaqələrini sarsılmaz müttəfiqlik, əbədi dostluq münasibətləri səviyyəsinə yüksəltməsi şərq-qərb nəqliyyat arteriyası çərçivəsində təsir imkanı və rolumuzun daha da artmasına, iqtisadi imkanların daha səmərəli realizəsinə, türk dünyasının inteqrasiyasının və TDT-nin regional miqyasdan qlobal miqyasa doğru transformasiya prosesinin daha da sürətlənməsinə böyük töhfə verəcək.

Hər iki dövlətin televiziya kanallarının qarşılıqlı olaraq ərazilərində yayımlanmasının təşkili və mədəni bağların gücləndirilməsi üçün digər zəruri addımların atılması çox faydalı olardı.

Tanrı birliyimizi əbədi etsin, dövlətlərimizi və millətimizi qorusun!"