Ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Gülüstan" sarayında yüksək səviyyədə təşkil olunub.
Bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov QHT.az-a bildirib ki, Qurultayı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təşkil edib: “Qurultay ilk 1998-ci ildə Ulu öndər H.Əliyev tərəfindən təsis olunub. Burda qadınların rəhbər vəzifələrdə müzakirələr getdi. Həmçinin siyasətdə qadınların rolu haqqında danışıldı. “Heydər Əliyev və Dövlət Qadın siyasəti” haqqında filmin nümayişi olub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvü Əli Əhmədov, Milli Məclisin sədr müavini Adil Əliyev, Türkiyənin Ailə ve Sosial Xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və başqalararı çıxışlar ediblər. BMT-nin Qadınlar Təşkilatının icraçı direktoru Sima Bahous video-təbrik edib”.
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyin sədri Nailə İsmayılova QHT.az-a açıqlamasında bildirib ki, qurultay başlamadan öncə qurultay nümayəndələri olan ölkəmizin tanınmış ziyalı xanımları Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər: “Qurultayı giriş nitqiylə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova giriş nitqiylə açaraq qurultay nümayəndələrini və qonaqları salamladı. Daha sonra qonaqların çıxışları dinlənildi. Qurultaya ölkəmizin bütün regionlardan qadınlarımız iştirak ediblər. Mən də qurultay nümayəndəsi olaraq dövlət tərəfindən qadınlarımıza verilən dəyərə görə çox məmnunam. Ölkəmizdə keçirilən genişmiqyaslı qurultay məhz bunun bariz nümunəsidir. Qurultay öz işini davam etdirir”.
Pərvanə Fərhadqızı












