“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun16.01.2024-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunda maraqlı tərəflərlə (MülkiMəcəllənin 1-3-cü fəsillərini tətbiq edən və ya belə tətbiqə məruz qalan subyektlərlə)hibrid formatda görüşü keçirilmişdir.
Görüşdə maraqlı tərəf qismində Azərbaycan Respublikası Ali Məhkəməsinin,Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətXidmətinin, Azərbaycan Notariat Palatasının, Vəkillər Kollegiyasının, BMT-nin UşaqFondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin, Ümidli Gələcək Sosial Təşəbbüslərİctimai Birliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyasının nümayəndələri və işçi qrupun üzvləri iştirak etmişlər.Görüşü giriş sözləri ilə açan işçi qrupun rəhbəri, Hüquqi Ekspertiza vəQanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov işçi qrupunfəaliyyət istiqamətləri barəsində məlumat vermişdir.
Daha sonra görüş zamanı maraqlıtərəflərin Mülki Məcəllənin 1-3-cü fəsillərinin tətbiqi ilə bağlı təcrübədə qarşılaşdığıproblemlər, bu problemlərin aradan qaldırılması, habelə Mülki Məcəllənin 1-3-cüfəsillərinə daxil olan müddəaların təkmilləşdirilməsinə dair təklifləri dinlənilmiş, işçiqrupun rəhbəri və üzvləri tərəfindən ünvanlanan suallar cavablandırılmışdır.Görüşün yekununda maraqlı tərəflərin səsləndirdikləri təkliflər nəzərə alınmaqlaişçi qrupun üzvləri tərəfindən özlərinin əsaslandırılmış təkliflərinin 29.01.2024-cü iltarixinədək işçi qrupun katibinə təqdim edilməsi qərara alınmışdır.












