“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin “Azərbaycançılığın musiqili təqdimatı” adlanan layihəsi iyul ayının 1-dən başlayıb, sentyabr ayının 1-nə kimi davam edəcək.
Bu barədə QHT.az-a açıqlama verən layihənin rəhbəri, İctimai Birliyinin sədri Adil Nəsibov bildirib ki, layihə üzrə işlər davam etdirilir: "Aidiyyəti qurumlarla əməkdaşlıqlar edilir, müvafiq müqavilələr bağlanılır. Layihə çərçivəsində təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş Azərbaycançılıq məfkurəsinə yaradıcılığında hərtərəfli müraciət etmiş, bəstələdiyi “Qarabağ” mahnısı 44 günlük Vətən müharibəsinin himninə çevrilmiş bəstəkar Bəhram Nəsibovun şeir, mahnı, marşlarından ibarət jurnal hazırlanacaq. Jurnala mahnı və marşların mətni, not yazıları və əhatə etdiyi mövzuya uyğun olaraq çəkiləcək şəkillər, eləcə də mövzular haqqında məlumatlar və foto şəkillər daxil ediləcək”.
Jurnala 8 mahnı və marşlar, 1 şeir daxil ediləcəyini qeyd edən Adil Nəsibov jurnalın gələcəkdə dərslik vəsaiti kimi də istifadə ediləcəini vurğulayıb.
Pərvanə Fərhadqızı












