Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Xidmətin digər rəhbər işçiləri ilə görüş olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın sədri Elşad Məmmədov QHT.az- a açıqlama verib. O, qeyd edib ki, konstruktiv şəraitdə keçən görüş çərçivəsində ölkədə əmək münasibətlərinin inkişaf trendləri, eləcə də əməyin mühafizəsi və sosial hüquqların qorunması sahələri üzrə hüquqi-normativ bazanın təkmilləşdirilməsi, bu istiqamətlərdə rəqəmsallaşma və ictimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı görülən işlər və formalaşan çağırışlar kompleksli və sistemli şəkildə müzakirə edilib.
Pərvanə Fərhadqızı












