“Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin “Tullantıların idarə olunmasının yeni modeli - Qapalı dövri iqtisadiyyata keçid üzrə ictimai vəkillik” layihəsinin icrası başa çatır.
QHT.az xəbər verir ki, direktor Sevil İsayeva bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir: “Layihə çərçivəsində tullantıların idarə olunması, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin müdafiəsi, resurslardan səmərəli istifadə ilə əlaqədar mühüm instrument olan dövri iqtisadiyyatın müxtəlif ölkələrdə, o cümlədən Avropa İttifaqında, Almaniya, Fransa, Niderland, Çin, Yaponiya və digər ölkələrdə yaradılması, bunun üçün qəbul edilən siyasət və qanunvericilik sənədləri və həmin ölkələrdə inkişafının modelləri araşdırılıb”.
Qeyd edək ki, Azərbayacanda yaşıl yüksəliş, ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat sahəsində son illərdə qəbul edilmiş siyasət sənədləri və qanunvericilik aktları dövri iqtisadiyyatın yaradılması və inkişafı baxımından təhlil edilib. Erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarından həyata keçirilən infrastruktur layihələrində yaşıl iqtisadiyyat komponentləri, yaşıl ünürji istehsalı ilə əlaqədar Azərbaycan hökumətinin səyləri araşdırılmışdır. Araşdırılan dövri iqtisadiyyat modelləri və Azərbaycanın yaşıl yüksəlişi əsasında Azərbaycanda dövri iqtisadiyyata keçid imkanları araşdırılıb və tövsiyələr verilib.
Pərvanə Fərhadqızı












