Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb. Belə ki, bu ilin ilk 8 ayında qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17.8 faiz artaraq 2 milyard dollardan çox olub.

QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, qeyri-neft ixrac dəyərində Rusiya 32 faizlə ilk sırada olsa da bu mövsumi olaraq şimal qonşumuza daha çox kənd təsərrüfatı məhsulları ixrac etməyimiz ilə bağlıdır: "Qeyri-neft ixracatımızda 27.7 faizlə ikinci ən böyük tərəfdaşımız olan Türkiyəinin növbəti aylarda payının daha da artacağı gözlənilir. Növbəti dövrlərdə qeyri-neft ixracatında Türkiyənin Azərbaycanın əsas tərəfdaşı olacağı gözlənilir. Gürcüstan qeyri-neft ixracat məhsullarımızın 9.9, İsveçrə 4.1, Qazaxıstan isə 3.3 faizini alır. Bu müddətdə ümumi ixracatın həcmi 16 milyard 776 milyon dollar olub. Ümumi ixracatda payı hələ də yüksək deyil".

 

Pərvanə Fərhadqızı