Bakı Slavyan Universitetinin “BSU SİP 2030” üzrə komanda toplantısı çərçivəsində Basqal DOST İnklüziv və Yaradıcılıq Mərkəzində BSU SİP-nın “İnklüziv təhsil və təhsildə inklüzivlik” məqsədi, həmçinin BSU-nun 2022-ci ildən etibarən uğurla icra etdiyi “İnklüziv təhsildən inklüziv cəmiyyətə (İTİC)” layihəsi üzrə əldə edilmiş nəticələr və 2030-cu ilədək qarşıya qoyulmuş hədəflərə dair təqdimat keçirildi.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev verib:

"BSU-nun bu istiqamətdə əldə etdiyi uğurlu nəticələr, həmçinin strateji planının orta (2027-2028) və uzun (2029-2030) müddətlər üzrə hədəflərinin təqdimatına görə BSU-nun İnklüziv və adaptiv təhsil kafedrasının müdiri və İTİC layihəsinin rəhbəri Arzu Məmmədovaya, həmçinin SİP-in yeni redaksiyası üzrə qarşıda duran tədbirlər planın təqdimatına görə Təhsil departamentinin müdiri Zümrüd Yolçuyevaya təşəkkür edirəm".