Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

 

QHT.az  bildirir ki,  bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb.

 

Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.