BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK) Ombusdman Aparatı, Bakı Dövlət Universiteti və Hüquq və İnsan Haqları İnstitutu ilə birlikdə Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir təşkil edib.

QHT.az xəbər verir ki, builki Beynəlxalq İnsan Hüquqları Günü Ümümdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunub. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Ombudsman Aparatının rəhbəri Aydın Səfinxanlı, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və BDU-nun hüquq fakültəsinin dekanı Zaur Əliyev bu sənədin tarixdəki əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Ümümdünya İnsan Hüquqları Bəyannaməsinin təşviqindəki roluna görə BDU-nun hüquq fakültəsinin bir qrup tələbəsi sertifikatla təltif olunub.Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və “DanceAbility Azərbaycan” İnklüziv Rəqs şirkətinin qrupu çıxış edib.

 

Pərvanə Fərhadqızı