"İran İslam Respublikası ilə Bağlı hazırladığımız alternativ hesabat BMT-nin veb səhifəsində yerləşdirilib. Təssüf ki, 9 oktyabra qədər Cenevrədə qala bilmədim. İran İslam Respublikası BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktı üzrə 4-cü dövrü hesabatını təqdim edib və BMT İnsan Hüquqları Komitəsi özünün 139-cu sessiyasında İranın dövrü hesabatını qəbul edəcək. Biz isə İran İslam Respublikasının 4-cü dövrü hesabatına alternativ hesabat hazırlamışıq və o BMT-nin rəsmi veb səhifəsində İranın hesabatına paralel olaraq yerləşdilib. Bu bizə həm sessiyaqabağı tədbirlərdə həm sessiyada iştirak hüququ verirdi".
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov QHT.az-a bildirib ki, akkreditasiya proseslərini tam keçmişdik. QHT sədri həmçinin bildirib ki, bizim hesabat İran İslam Respublikası tərəfindən Mülki və Siyasi Hüquqlar haqqında Paktın birinci maddəsinin 40 milyonluq Azərbaycanlıya (türkə) münasibətdə kobud surətdə pozulmasına həsr olunub. Sahib Məmmədov hesabatda əsas toxunulan məslələri də qeyd edib: "Əhalinin 50 %-ni təşkil edən Azərbaycanlılar ana dilindən istifadə hüququna malik deyil. Azərbaycanlıların öz dillərində təhsil almaq hüquqları da daxil ana dilindən istifadə sahəsində bütün hüquqları pozulmaqdadır. İranda Azərbaycan xalqına məxsus mədəni irs məhv edilib və ya fars xalqının mədəni irsi kimi göstərilir. Azərbaycan xalqı təbii sərvətlərindən istifadə hüququna malik deyil. Urmiya gölü isə süni surətdə qurudulur və .s. Hər halda Komitə üzvləri alternativ hesabatımızala tanış olmaq imkanına malik olacaq. Hesabatımızla bağlı linki aşağıda yerləşdirəcəm. Maraqlananlar tanış ola bilər".
Pərvanə Fərhadqızı












