Oktyabr ayında Ukrayna istehsalı olan yeni növ məhsulların Azərbaycan Respublikasına və Şimali Makedoniya Respublikasına ixracına dair razılıq əldə olunub.
QHT.az xəbər verir ki, Ukrayna istehsalçıları Azərbaycana tərkibində quş əti və süd məhsulları olan, kulinariya hazırlığına gətirilən və istehlak üçün nəzərdə tutulmuş kompozit məhsulları və konservləşdirilmiş ev heyvanları istisna olmaqla, ev heyvanları üçün işlənmiş qidaları tədarük edə biləcəklər.
Qeyd olunur ki, sertifikatın müvafiq blankları ölkələrlə razılaşdırılıb, onlar Dövlət Qida və İstehlakçı Xidmətinin rəsmi internet portalının “Beynəlxalq əməkdaşlıq” - “Baytarlıq və təhlükəsizlik” bölməsində dərc olunub.
Pərvanə Fərhadqızı












