AFP-nin son xəbərinə görə, Cənubi Afrikada ad günü şənliyinə silahlı hücum edilib. Hücum nəticəsində azı 8 nəfər həlak olub.
Cənubi Afrika günü hücum xəbəri ilə oyandı.
QHT.az xəbər verir ki, ölkənin Şərqi Keyp əyalətində ad günü şənliyində silahlı hücum nəticəsində 8 nəfər ölüb.
Polisin verdiyi açıqlamada hücum nəticəsində 3 nəfərin yaralandığı bildirilib.
İlkin məlumata görə, iki silahlı şəxs ad günü mərasiminə toplaşan qonaqlara atəş açıb.
Təhlükəsizlik qüvvələri təcavüzkarları tutmaq üçün əməliyyata başlayıb.












