Belçikanın Liege Beynəlxalq Hava Limanında qar və buz səbəbindən havaya qalxa bilməyən təyyarədə qalan 9 tənbəl ayıdan üçü həyatını itirib.
Belçikada təsirli olan soyuq hava nəqliyyatda da aksamalar da gətirib. Güclü qar səbəbindən Liege Beynəlxalq Hava Limanında bir çox uçuşlar dayandırılıb.

QHT.az xəbər verir ki, Perudan Qətərə gedən 9 tənbəl ayı olan təyyarə də əlverişsiz hava şəraiti səbəbindən hava limanında qalıb.

Təyyarədən təxliyyə olunmayan ayılardan üçü soyuqdan tələf olub.

Valloniyanın Ətraf Mühit Naziri Selin Tellier, "Biz məsuliyyətlərin nə olduğunu və bunun fonunda hansı sanksiyaların tətbiq edilməsinə baxacağıq" dedi.