Tədqiqatçılar tədqiq edilən heyvanların DNT-sində heç bir mutasiya tapa bilməyiblər.
QHT.az xəbər verir ki, Çernobıl istisna zonasının yüksək radioaktiv mühitində yaşayan mikroskopik qurdlar radiasiya zərərindən tamamilə təsirlənmir. Ərazidən toplanan nematodların genomlarında heç bir zədələnmə əlaməti aşkarlanmayıb.
Nyu-York Universitetinin əməkdaşı Sofiya Tintorinin rəhbərlik etdiyi bioloqlar qrupunun araşdırmasına görə, bu, DNT təmir mexanizmləri haqqında bəzi fikirlər təklif edə bilər. Tədqiqatçılar Çernobıl Atom Elektrik Stansiyasının ərazisində toplanmış nematodları digər bölgələrdən olan nematodlarla müqayisə edib və radiasiya mühitindən DNT zədələnməsi əlamətləri tapmayıb.
Bu kəşf, bəzi insanların niyə başqalarına nisbətən xərçəngə daha çox həssas olduğunu anlamağa kömək edə bilər.
Pərvanə Fərhadqızı












