Smartfonun batareyası təkcə proqramlardan istifadə edərkən deyil, həm də onlar fonda işləyərkən boşalır. Buna görə də, batareyaya qənaət etmək üçün istifadəçilər smartfon istifadə edilmədikdə batareyanı gərginləşdirən parametrlərə diqqət yetirməlidirlər.

QHT.az xəbər verir ki, Rusiya eksperti İlya Kazakovun tövsiyələri:

  1. Arxa planda işləyən tətbiqləri yoxlayın: Geolokasiya, sosial şəbəkələr və video pleyerlər batareyanı tez boşaldır.
  2. Ekran parlaqlığını tənzimləyin: Günəşdə daha parlaq, qaranlıqda isə sönük istifadə edin.
  3. İstilikdən qoruyun: Yüksək temperatur batareyanın tez boşalmasına səbəb olur.
  4. Push bildirişlərini söndürün: Arxa planda batareyanı tükəndirir.
  5. Enerji qənaət rejimini aktivləşdirin: Fon məlumatlarını məhdudlaşdırın, dinamik divar kağızlarını və vidjetləri söndürün.
  6. Batareyanın vəziyyətini izləyin: Şarj səviyyəsini 20%-dən aşağı salmayın və telefonu bir gecədə doldurmamağa çalışın.

 

Pərvanə Fərhadqızı