Çexiya Ukraynaya hücum helikopterləri və minlərlə iriçaplı sursat təhvil verəcək.
QHT.az xəbər verir ki, bu gün o, Zelenski ilə ölkələr arasında əməkdaşlıq üçün konkret addımları, Ukraynaya hərbi yardımı, həmçinin NATO-nun qarşıdan gələn sammitini müzakirə ediblər. Çexiyanın baş naziri bildirib ki, ölkəsi artıq Ukraynaya 600-dən çox ağır texnika və 4 milyondan çox müxtəlif döyüş sursatı verib, 100 min iriçaplı sursat bağışlayıb.
Çexiya həmçinin Ukraynaya F-16 pilotlarının hazırlanmasında kömək edəcək.
Pərvanə Fərhadqızı












