“Vərəmin təsirinə məruz qalmış insanların üzləşdikləri sosial problemlərin həlli ilə bağlı dövlət və beynlxalq strukturları ilə əlaqələr quraraq fəaliyyət göstəririk”.
Bu sözləri “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, qarşılıqlı əməkdaşlıq və nümayəndəlik memorandumu çərçivəsində TB PEOPLE Vərəmin Təsirinə Məruz Qalmış İnsanların Qlobal Şəbəkəsi TB PEOPLE-nin Azərbaycandakı nümayəndəsi olaraq bu qurumla birgə vərəmdən təsirlənmiş insanların hüququları barədə maarifləndirmə işi fəaliyyətlərin həyata keçirir: “Beynəlxalq Qızıl Xaç Komtəsi ilə əməkdaşlıq memorandumu çərçivəsində cəzaçəkmə müəssisələrində məhkumluq həyatı yaşayan insanların ailələrinə dəstək proqramı ilə birgə çalışırıq. Biz cəzaçəkmə müəssisəsindən azad olunmuş insanların sosial həyata reinteqrasiyasına kömək edirik”.
Qeyd edək ki, təşkilat ölkənin ilk milli donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ardıcıl olaraq vərəm ilə düzgün mübarizənin və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri icra edir.
Pərvanə Fərhadqızı












