İtaliyanın Dynamic Legged Systems Lab şirkətinin mühəndisləri, çimərliklərdəki zibilləri təmizləmək üçün VERO adlı robot hazırlayıblar.
QHT.az xəbər verir ki, VERO, Çin AlienGo robotunun modernləşdirilmiş versiyasıdır və tozsoranla təchiz olunmuşdur. Bu robot, çimərliklərdəki siqaret qalıqlarını tanımaq və toplamaq üçün iki kamera ilə təchiz edilmişdir. Siqaret qalığını aşkar etdikdə, ayağını onun yanına qoyur və havanın onu xüsusi kameraya çəkməsini gözləyir. Tədqiqatlar göstərir ki, VERO tütün qalıqlarının 90%-ə qədərini toplaya bilir.
Deep Robotics: Fabrik Robotu
Rusiyanın Severstal şirkəti, Deep Robotics tərəfindən yaradılmış robot iti fabriklərində sınaqdan keçirib. Bu robot, relyefdə hərəkət etmək, metal nümunələrini daşımaq və təhlükəsizlik qaydalarına riayət etmək bacarığına malikdir. O, qabaqcıl kompüter görmə, 3D profilləşdirmə və LiDAR texnologiyaları ilə təchiz edilmişdir. Robot it, obyektlərin ölçülməsi, çəkisi 40 kq-a qədər olan obyektlərin hərəkət etdirilməsi və avadanlıqların diaqnostikası kimi vəzifələri yerinə yetirə bilir. Həmçinin işçilərin fərdi qoruyucu vasitələrini yoxlamaq, termal görüntüləmə analitikasını həyata keçirmək və müəssisələrin rəqəmsal əkizlərini inkişaf etdirmək üçün xəritələr yarada bilir. Severstal şirkəti, robot itlərin sınaqlarını digər müəssisələrində də davam etdirməyi planlaşdırır.
Pərvanə Fərhadqızı












