Tesla CEO-su İlon Mask, gələn il şirkətin fabriklərində işləyəcək “həqiqətən faydalı” insanabənzər robotların buraxılacağını açıqlayıb.
QHT.az xəbər verir ki, Mask, həmçinin 2026-cı ilə qədər bu robotları digər şirkətlərə satmağı planlaşdırır. O, Optimus adlı robotun kommersiya istifadəsinə nə vaxt hazır olacağı ilə bağlı cəsarətli iddialar səsləndirib və gələn il Tesla fabriklərində istifadəyə hazır olacağını gözlədiyini bildirib. Mask, 2022-ci ildə Teslanın robototexnika biznesinin avtomobil biznesindən daha dəyərli olacağını iddia edib və bir prototipi təqdim edib. Maskın məqsədi robotları kütləvi istehsal etməkdir və hər birinin qiyməti 20 min dollardan aşağı olacaq. Optimusun boyu təxminən 1,7 metr, çəkisi isə 56 kq-dır və "darıxdırıcı, təkrarlanan və təhlükəli" işləri görmək üçün nəzərdə tutulub.
Pərvanə Fərhadqızı












