HONQ KONQ — Kompüter proqramçısı Fey Caojunun rəhbəri ondan süni intellektin yaxın gələcəkdə proqramlaşdırma sahəsində insanları əvəz edib-etməyəcəyini soruşmuşdu. Cəmi iki həftə sonra Fey Pekindəki işindən, təxminən 160 həmkarı ilə birlikdə ixtisar edilib.

QHT.az xarici mediaya istinadən bilirir ki, süni intellektin dövlət siyasəti ilə dəstəklənərək Çinin nəhəng əmək bazarını sürətlə dəyişdirməsi fonunda bu cür hallar getdikcə daha çox müşahidə olunur. Bəzi iqtisadçılar hesab edirlər ki, bu proses uzunmüddətli perspektivdə dünyanın ikinci ən böyük iqtisadiyyatının ümumi gücünə mənfi təsir göstərə bilər.

Proqramlaşdırmadan ssenari yazarlığına və fiziki əməyə qədər bir çox sahədə süni intellektin sürətlə tətbiqi insanların işlərini itirməsinə və ya bunu yaşamaq qorxusu ilə üzləşməsinə səbəb olur. Hökumətin siyasəti vətəndaşları və şirkətləri həyatın bütün sahələrində süni intellekt və robot texnologiyalarından istifadəyə təşviq etdiyi üçün Çin bu sahədə ön sıralardadır. Fey kimi insanlar isə yeni reallığa uyğunlaşmağın yollarını axtarırlar.

Zəhra Mansırova