Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Dr. Hans Kluge təşkilatın növbəti baş direktoru vəzifəsinə namizədliyini irəli sürüb. Onun namizədliyini Belçika hökuməti irəli sürüb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Kluge avqustun 21-dən etibarən ÜST-dəki rəsmi fəaliyyətindən müvəqqəti ayrılaraq seçki prosesinə qatılacaq.
Bu müddətdə ÜST-nin Avropa üzrə regional ofisində proqramların idarə edilməsi üzrə direktor Dr. Corinne Capuano rəhbər vəzifəsini müvəqqəti icra edəcək.
Kluge-nin namizədliyi ÜST-nin növbəti baş direktoru uğrunda mübarizəni genişləndirir. Yeni rəhbərin qlobal səhiyyə problemləri, pandemiyalara hazırlıq və beynəlxalq səhiyyə əməkdaşlığı kimi əsas istiqamətlərə rəhbərlik etməsi gözlənilir.












