Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqların müalicəsində istifadə edilən reseptsiz siropların çirkləndiyini və bu səbəbdən 2022-ci ildə 7 ölkədən 300-dən çox uşağın həyatını itirdiyini açıqlayıb. Dünən verilən açıqlamada siroplarda sənaye həllediciləri və antifrizlərin qarışdırıldığı vurğulanıb.

QHT.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı dünən Qambiya, İndoneziya və Özbəkistan səlahiyyətliləri öskürək siroplarının çirkləndiyini və bu siropların 2022-ci ildə 300-dən çox uşağın ölümünə səbəb olduğuna dair "təcili fəaliyyətə çağırış" verildiyini açıqladı.

 Ölənlərin əksəriyyəti beş yaşından kiçik uşaqlardır.

ÜST, xəbərdarlıq bildirişlərini 194 üzv dövlətin səhiyyə orqanlarına göndərdiklərini bildirdi.