Bu bal bitkisinin çiçəklərindən müalicəvi dərman və yarpaqlarından dadlı salat hazırlamaq olur. Bitgi çayı içməyi sevənlər oregano, nanə, çobanyastığı, adaçayı, kəklikotu və digər aromatik iksirlər yetişdirə bilər.

QHT.az xəbər verir ki, gözəl cökə ağaclarının üstündə arılar gün ərzində vızıldayır, qiymətli cökə balı toplayır. Maraqlıdır ki, çiçəkləmənin 10-15 günündə arılar bütöv bir hektar qarabaşaq yarması qədər nektar toplayırlar. Cökə çiçəyi çayı nəinki soyuqdəymə üçün faydalıdır, həm də dadlıdır. Çayı kölgədə quruduqdan sonra soyuqdəymə zamanı ən yaxşı tərləmə əleyhinə vasitələrdən biri kimi istifadə olunur. Qurudulmuş cökə yarpaqları kağız torbalarda saxlanılmalıdır.

Araşdırmalar göstərir ki, bəzən mədə, qaraciyər və bağırsaq xəstəliklərinin müalicəsində bundan istifadə olunur. Cökə çiçəklərinin tərkibində olan efir yağları, vitaminlər, karbohidratlar və s. təsiri ilə tər vəzilərinin fəaliyyəti artır və onları qidalandıran qan damarları genişlənir. 

Cökədən yaxşı kosmetik vasitə kimi də istifadə olunur. Saç tökülməsinə qarşı, həmçinin quru dərilər üçün üz maskası kimi istifadə olunur. Cökə toxumu da çox qiymətlidir. Qoz və fındıq kimi istifadə etmək olar. Cökə toxumundan keyfiyyətcə zeytun yağına yaxın, badam yağına bənzər bir yağ çıxarılır.

Yumşaq cökə yarpaqlarından vitaminli salatlar hazırlamaq olur.

Qurudulmuş cökə çiçəklərinin üzərinə qaynar su tökün, 10-15 dəqiqə dəmləyin, süzün, bal əlavə etmək soyuqdəymə və qrip üçün xeyirlidir.

 

Pərvanə Fərhadqızı