Qadınlara qarşı cinayətlər təkcə zərərçəkmişlərə birbaşa təsir etmir, həm də cəmiyyətə mənfi təsir göstərir. Bu cinayətlər qadınların azadlığını məhdudlaşdırır, onların iş həyatında iştirakına mane olur və psixi sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, bu cinayətlər gender bərabərsizliyini dərinləşdirir və cəmiyyətin əmin-amanlığını pozur.
QHT.az xəbər verir ki, bu yaxınlarda Bakıda qətlə yetirilən müğənnilik fəaliyyəti ilə məşğul olan, “Azəristar” yarışmasının iştirakçısı Yaqut Həşimovanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov olub. Yaqut öz doğma xalası oğlu ilə ailə həyatı qurub və bir övladları var. Qısqanclıq zəminində törədilən hadisə zamanı A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb. A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova QHT.az-a bildirib ki, qadın cinayəti gündəlik normallaşan xəbərə çevrilməməlidir: “Hər dəfə bu son olsun deməklə də təəssüf ki, sonu gəlmir. Məlumatlandırma, müdafiə mexanizmləri, aidiyyatı qurumların hərəkət və ya hərəkətsizliyi və s. Bu cür qəddarlıqla öldürmələri araşdıranda nəticənin simptomları aydın görünür. Daha ciddi addımların zamanı çoxdan gəlib”.
Qeyd edək ki, cəmiyyətimizdə qadınlara qarşı cinayətlər illərdir davam edən ciddi problemdir. Cəmiyyətdə gender bərabərliyi ilə bağlı maarifləndirmə və maarifləndirmə işləri aparılmalıdır. Erkən yaşdan gender bərabərliyi dəyərlərini öyrətmək vacibdir. Mövcud qanunların qarşısının alınması artırılmalı, cinayətkarlar daha effektiv cəzalandırılmalıdır.
Pərvanə Fərhadqızı












