Danimarka Ukraynaya 19 CAESAR tipli haubitsa göndərəcəyini açıqlayıb.
QHT.az xəbər verir ki, Qərb ölkələri Ukraynaya silah dəstəyini davam etdirərkən, Danimarka Ukraynaya 19 CAESAR tipli Haubitsa göndərəcəyini açıqlayıb. Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jensen açıqlamasında ukraynalılarla, xüsusilə də caesar tipli haubitsalarla bağlı daimi təmasda olduqlarını ifadə edərək, Danimarka parlamentində hərbçilərin göndərilməsinə verilən geniş dəstəyə görə çox xoşbəxt olduğunu bildirib. Yuxarıda adı çəkilən haubitsalar Ukraynanın azadlıq mübarizəsini dəstəkləmək üçün nəzərdə tutulmuşdur.

NATO qarşısında öhdəliklərinin bir hissəsi olaraq Danimarkaya 2032-ci ilə qədər 1-ci Briqada kimi tanınan ağır piyada briqadası yaratmaq tapşırılıb. Lakin müxtəlif səbəblərdən layihə təxirə salınıb. Müdafiə Nazirliyi bəyan edib ki, SEZAR haubitsalarının Ukraynaya bağışlanması 1-ci briqadanın yaradılmasını daha da gecikdirəcək.