Amerikalararası İnkişaf Bankı (IDB) iqlim layihələrinə maliyyə ayırmaqla bağlı 45 faizlik hədəfini ləğv etməyi nəzərdən keçirir. Bu qərar qəbul olunarsa, bank 2026-cı ildə iqlim maliyyələşdirilməsi hədəfindən imtina edən ikinci çoxtərəfli inkişaf bankı olacaq.

QHT.az xarici mediaya istinadən bildirir ki, məlumatlı mənbələrin sözlərinə görə, bankın bu barədə qərarını noyabrın ortalarında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransından (COP31) sonra açıqlaması gözlənilir.

Bununla belə, IDB-nin idarə heyətində bəzi ölkələr qərarın təxirə salınmasını istəyirlər. Bankın rəhbərliyi isə məsələni nəzərdən keçirdiyini təsdiqləyib.

Qeyd edək ki, Dünya Bankı da bu il iqlim maliyyələşdirilməsi ilə bağlı 45 faizlik hədəfini ləğv edib. IDB-nin də oxşar addım atması iqlim layihələrinə ayrılan maliyyənin gələcəyi ilə bağlı narahatlıqları artıra bilər.