Dünya Bankının iqlim maliyyələşdirilməsi hədəfindən geri çəkilməsindən sonra daha bir böyük beynəlxalq maliyyə qurumu oxşar addım atmağı nəzərdən keçirir. Bu vəziyyət iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi ilə bağlı narahatlıqları artırır.
QHT.az xarici mediaya istinadən bildirir ki, Amerikalararası İnkişaf Bankı (IDB) layihələrinin ən azı 45 faizinin iqlim maliyyələşdirilməsinə yönəldilməsi hədəfini ləğv etməyi nəzərdən keçirir. Bu barədə məlumat Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantıları zamanı Banqkokda danışan mənbələr tərəfindən verilib.
Ekspertlərin fikrincə, Asiya İnkişaf Bankı da gələcəkdə oxşar qərar qəbul edə bilər. Bu isə çoxtərəfli inkişaf banklarının uzun illər dəstəklədiyi iqlim maliyyələşdirilməsi hədəflərindən daha genişmiqyaslı geri çəkilmə ehtimalını yaradır.
Mütəxəssislər bildirirlər ki, iqlim öhdəliklərinin təkrar müzakirəsi və özəl kapitala daha çox diqqət ayrılması iqlim maliyyələşdirilməsi sahəsində irəliləyişi ləngidib. İqlim fəlakətlərinin artdığı bir dövrdə bu tendensiya iqlim layihələrinin maliyyələşdirilməsinin gələcəyi ilə bağlı ciddi suallar doğurur.












