ABŞ prezidenti Co Bayden özünün Demokratik Partiyasında mövqelərini gücləndirir, The Hill yazır.

QHT.az xəbər verir ki, Emerson Kollecinin sorğusuna əsasən, Demokrat seçicilərin 71%-i hesab edir ki, Ağ Ev rəhbəri 2024-cü ildə partiyadan ölkə başçısının seçkisinə getməlidir.

Qeyd edildiyi kimi, Bayden tərəfdarlarının sayı yanvarın sonundakı analoji araşdırma ilə müqayisədə 13% artıb.

Ən çox ABŞ prezidentinin ikinci müddətə getmək istəyini 18-34 yaşlı gənclər dəstəkləyir - bu demokratlar qrupunun nümayəndələrinin 85%-i siyasətçinin planlarını bəyənib, yalnız 15%-i əleyhinə çıxıb.

Eyni zamanda, bütün amerikalılar arasında prezidentin bəyənmə reytinqi ötən ay keçirilən sorğuya uyğundur və 44% səviyyəsindədir.

ABŞ sakinlərinin 50%-i Baydenin hərəkətlərini mənfi qiymətləndirir - bu, yanvar ayı ilə müqayisədə 2% çoxdur.

Bundan əvvəl ABŞ-ın birinci xanımı Cil Bayden ərinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını dəstəklədiyini bildirib.