Dəyanət Osmanlı 

 

 

Laçın-Xankəndi yolunda dirəniş göstərən igidlərə

 

Ey qəsbkar, çək ordunu,

Mənim yolum Qızıl alma.

Sakın Bozqurd yuvasını

Sağ qafanla qurcalama. 

Ey qəsbkar, çək ordunu,

Bağlama türkün yolunu, 

Söndürmə öz ocağını. 

 

Atam yatan qanlı torpaq

Neçə xain can udmuşdur.

Göy hilallı qılınc bayraq

Xanimanlar uçurmuşdur. 

Ey qəsbkar, çək ordunu,

Bağlama türkün yolunu, 

Söndürmə öz ocağını.

 

Qarabağ altun vətənim

Düşmən gələr kül salamaz. 

Xankəndi yaralı tənim

Qurda quşa yem olamaz. 

Ey qəsbkar, çək ordunu,

Bağlama türkün yolunu,

Söndürmə öz ocağını. 

 

Ölmək üçün doğulmuşam, 

Yaşayan bu bayraq olsun.

Sol köksümdən vurulmuşam

Qoy vətənim sağ olsun. 

Ey qəsbkar, çək ordunu, 

Bağlama türkün yolunu, 

Söndürmə öz ocağını.

 

Sərvətimi alamazsan 

Gerçəyini məzar billir. 

Barış dadın anlamazsan, 

Savaş başına dar gəlir. 

Ey qəsbkar, çək ordunu,

Bağlama türkün yolunu, 

Söndürmə öz ocağını.